Skip to main content

Gameify – Gaming Marketplace

PLAY MORE✦PAY LESS✦GAMEIFY STORE✦PLAY MORE✦PAY LESS✦GAMEIFY STORE✦PLAY MORE✦PAY LESS✦GAMEIFY STORE✦PLAY MORE✦PAY LESS✦GAMEIFY STORE✦PLAY MORE✦PAY LESS✦GAMEIFY STORE✦
PLAY MORE ✦ PAY LESS ✦ DIGITAL GAMING STORE ✦ INSTANT DELIVERY ✦ PLAY MORE • PAY LESS ✦
PLAY MORE ✦ PAY LESS ✦ DIGITAL GAMING STORE ✦ INSTANT DELIVERY ✦ PLAY MORE • PAY LESS ✦
GAMEIFY / JOURNAL

Oyunlardan kənar.
Alışdan əvvəl.

Gift kartlar, abunəliklər və hesab təhlükəsizliyi barədə Gameify bələdçiləri.

01 / GUIDE

Gift kart almazdan əvvəl yoxlamalı olduğun 5 şey

Nominal dəyər, satış qiyməti və region eyni anlayış deyil.

Məqaləni oxu

Əvvəlcə hesabının ölkə parametrini yoxla. Kartın üzərindəki valyuta ölkə uyğunluğunu təkbaşına təsdiqləmir: eyni EUR valyutası müxtəlif ölkə kartlarında istifadə edilir.

İkinci addım nominal dəyəri satış qiymətindən ayırmaqdır. 20 USD nominal kart platformada həmin dəyəri ifadə edir; AZN məbləği isə mağazaya ödədiyin qiymətdir.

Üçüncü addım çatdırılma növüdür: kod, gift və hesabına yükləmə fərqli proseslərdir. Dördüncü addım Global və Europe etiketlərinin konkret hesabına uyğunluğunu yoxlamaqdır. Beşinci addım sifariş təsdiqini və məhsul məlumatını saxlamaqdır.

Gift kartları seç
02 / SUBSCRIPTIONS

Trial və standart abunəlik fərqi

Eyni plan adı həmişə eyni aktivləşdirmə şərti demək deyil.

Məqaləni oxu

Trial abunəlik müəyyən hesablar üçün təqdim edilən sınaq paketidir. Yeni hesab və ya aktiv abunəliyin olmaması kimi tələblər məhsuldan asılı ola bilər. “Trial” sözünü görürsənsə, uyğunluğu alışdan əvvəl yoxla.

Müddəti də ayrıca oxu: 14 gün, 1 ay və 3 ay eyni deyil. Mövcud abunəliyə kod əlavə edəndə platformanın çevirmə qaydası müddətə təsir edə bilər.

Sənin üçün uyğun olanı seçmək üçün hesabının cari planını yoxla, sonra paket və regionu dəqiqləşdir. Ən ucuz qiyməti seçməkdən əvvəl kodun sənin hesabında işləməsinə əmin ol.

Xbox Game Pass
03 / SECURITY

Kodunu paylaşma. Hesabını yoxla.

Kiçik diqqət böyük problemlərin qarşısını ala bilər.

Məqaləni oxu

Redeem kodu istifadə edən ilk hesab həmin kodun dəyərini qəbul edir. Buna görə kodu ictimai şərhdə, sosial şəbəkədə və açıq ekran görüntüsündə paylaşma.

Aktivləşdirmə səhifəsinə keçəndə domeni yoxla. Steam, Microsoft, PlayStation və digər rəsmi xidmətlərə doğru hesabla daxil ol. Kod işləmir deyə müxtəlif hesablarda təsadüfi sınaqlar etmə.

Xəta olduqda sifariş nömrəsi və xəta mesajı ilə dəstəyə yaz. Parol, CVV və bankın birdəfəlik təsdiq kodu adi sifariş dəstəyi üçün lazım deyil.

Aktivləşdirmə təlimatı