Sualın var?
Cavabı buradadır.
Sifariş, ödəniş, region və aktivləşdirmə haqqında ən çox soruşulanlar.
Necə sifariş verə bilərəm?
Məhsulu və uyğun regionu seç. Məhsul səhifəsində Epoint ilə birbaşa al və ya səbətə əlavə edib sifarişi tamamla. Ödənişin uğurlu təsdiqini gözlə.
Çatdırılma nə qədər çəkir?
Adi sifarişlər ödəniş təsdiqləndikdən sonra 24 saat ərzində çatdırılır. Məhsul üçün əlavə məlumat lazımdırsa, Gameify dəstəyi səninlə əlaqə saxlayır. 24 saat keçibsə, sifariş nömrənlə müraciət et.
Kodumu haradan alacağam?
Sifarişdə yazdığın e-poçtu və onun Spam bölməsini yoxla. Sifarişin statusunu Sifarişlərim bölməsində görə bilərsən. Çatdırılma ilə bağlı sualın varsa, sifariş nömrənlə dəstəyə yaz.
Gift kartın nominal dəyəri nədir?
Məsələn, 20 USD nominal kartın platformada istifadə olunan dəyəridir. AZN qiyməti isə Gameify-də ödədiyin satış qiymətidir. Region və nominal valyuta məhsul səhifəsində göstərilir.
Global və Europe kartları hər hesabda işləyirmi?
Bu etiketlər bütün ölkələrdə və valyutalarda uyğunluq zəmanəti deyil. Hesabının ölkəsini və kartın valyutasını yoxla. Xüsusilə Europe etiketli kartın konkret ölkə uyğunluğunu alışdan əvvəl dəqiqləşdir.
Sifariş üçün profil vacibdir?
Birbaşa alış forması e-poçtla sifariş verməyə imkan verir. Profil ilə alış etdikdə sifarişlərini hesabında izləyə bilərsən. E-poçtu səhvsiz yaz.
Ödəniş uğursuz oldu, amma kartımdan pul çıxıldı. Nə edim?
Sifariş nömrəsini və ödəniş vaxtını dəstəyə göndər. Bankdakı gözləmədə olan bloklanma ilə tamamlanmış ödəniş fərqli ola bilər. Status dəqiqləşmədən təkrar ödəniş etmə; kart nömrəni və CVV kodunu göndərmə.
Kod artıq istifadə olunub və ya işləmirsə?
Xəta mesajının şəklini, platformanı və sifariş nömrəsini göndər. Kodu başqa hesablarda sınamadan əvvəl dəstəyə müraciət et. Kodunu ictimai paylaşma.
Trial abunəlik hər hesabda aktivləşir?
Trial paketinin yeni və ya uyğun hesab tələbi ola bilər. Mövcud abunəliyini və məhsul şərtlərini alışdan əvvəl yoxla.
Azərbaycanda Steam balansını necə artıra bilərəm?
Steam Balance səhifəsindən balans artırma sifarişi verə bilərsən. Steam giriş adını yazarkən parolunu göndərmə.
Geri qaytarma mümkündür?
Çatdırılma, kodun istifadə vəziyyəti və problem üzrə müraciət araşdırılır. Hüquqlar və müraciət qaydası Geri qaytarma səhifəsindədir.
Hesab parolumu dəstəyə göndərməliyəm?
Adi key, gift kart və redeem sifarişləri üçün parol lazım deyil. Login ilə yükləmə məhsulunda giriş qaydasını ayrıca dəqiqləşdir. Parol, CVV və birdəfəlik bank kodlarını sifariş qeydinə yazma.
Uyğun sual tapılmadı. Dəstəklə əlaqə saxlaya bilərsən.
